Türkiyənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener prezident seçkilərini izləmək üçün Azərbaycana gəlib.
Yerli KİV-in xəbərinə görə, o, bir sıra məntəqələrdə səsvermə prosesini izləyir.
A.Yener azərbaycanlı həmkarı Məzahir Pənahovla görüşəcək.
Xatırladaq ki, bir sıra ölkələrin MSK sədrləri prezident seçkiləri ilə əlaqədar Azərbaycanda səfərdədir.