Azərbaycanın Türkmənistandakı səfirliyində səsvermə başa çatıb
YENİLƏNİB

Azərbaycanın Türkmənistandakı Səfirliyində seçici fəallığı qeydə alınıb.


Yerli KİV xəbər verir ki, 7 fevral 2024-cü il - növbədənkənar Azərbaycan Respublikasının Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Türkmənistandakı Səfirliyində yaradılmış 48 nömrəli seçki məntəqəsində gün ərzində seçicilərin fəal iştirakı ilə nəzərə çarpan səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatıb.


Səfirlikdən verilən məlumata görə, seçkilərdə seçicilərin 90 faizindən çoxunun məntəqəyə gələrək iştirak etdiyi məlum olub.


Seçicilər Türkmənistandakı Səfirliyimizdə ilk dəfə səsvermə üçün yaradılan şəraitə görə məmnun qaldıqlarını bildirib və məntəqə seçki komissiyasının işindən razılıqlarını diqqətə çatdırıblar.


Hazırda məntəqə seçki komissiyasında səslərin hesablanması prosesi həyata keçirilir.

**17:07

Azərbaycanın Qazaxıstandakı səfirliyində növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.


Yerli KİV xəbər verir ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar səsvermə Qazaxıstan Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-dan başlayıb.

**15:18

Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində səsvermə prosesi bitib.


Bu barədə Senzor.az-a Azərbaycanın Çindəki səfirliyindən bildirilib.


Qeyd edilib ki, Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-da başlayan səsvermə axşam saat 19:00-da başa çatıb.


"Səfirlikdə konsulluq qeydiyyatında olan vətəndaşlarımız, “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Pekin-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuş və kabin heyəti və müxtəlif səbəblərdən seçki günü Pekin şəhərində olan seçicilər də səsvermədə iştirak ediblər. Bayram əhvali-ruhiyyəsində keçirilən seçkilərdə Azərbaycan vətəndaşları xüsusi fəallıq nümayiş etdiriblər", - məlumatda vurğulanıb.

**14:47

Növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar ölkəmizin Koreya Respublikasındakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə başa çatıb.


AZƏRTAC xəbər verir ki, yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 03:00) başlayan səsvermə saat 19:00-da (Bakı vaxtı 14:00) yekunlaşıb.


Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçirilən ilk seçki olan növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Bu məntəqələr üzrə 23 minə yaxın seçici siyahıya alınıb. Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq, dünya üzrə Cənubi Koreyada başlayan səsvermə prosesi ölkəmizin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğundakı məntəqədə başa çatacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.