Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə keçiriləcək nüvə enerjisi sammitində iştirakını təsdiqləyib.
Ermənistan KİV xəbər verir ki, bunu Belçikanın Ermənistandakı səfiri Erik de Myunk deyib.
“Martın 21-də Brüsseldə nüvə enerjisinə həsr olunmuş sammit təşkil olunacaq. Baş nazir Nikol Paşinyan bu tədbirdə iştirak edəcəyini təsdiqləyib. O, həmin vaxt Brüsseldə olacaq və Belçika hakimiyyətinin nümayəndələri ilə görüşə biləcək”, - o vurğulayıb.
Xatırladaq ki, martın 21-22-də Brüsseldə nüvə enerjisinə həsr olunmuş sammit keçiriləcək. Sammitə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi və Belçikanın Baş naziri Aleksandr De Kros həmsədrlik edəcək.