Bakıda və Abşeron yarımadasında dumanla əlaqədar görünüş 50-500 metrədək məhdudlaşıb.
Bu barədə Senzor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, nisbi rütubət 88-92 faiz intervalında olub.
Dumanlı hava eyni zamanda Quba, Lerik, Qusar, Yevlax rayonlarında da qeydə alınıb, görünüş məsafəsinin 500 metrədək məhdudlaşmasına səbəb olub.
Məlumatda həmçinin vurğulanıb ki, Azərbaycanda son günlər müşahidə olunan dumanlı hava sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinə səbəb soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır.