Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 16-da Münhenə üçgünlük işgüzar səfərə yollanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə onun mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə məlumat yayıb.
Qeyd edilib ki, Paşinyan Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək.
Onun beynəlxalq forum çərçivəsində həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.