Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə səfərə yola düşür.
İdarədən Senzor.az-a verilən məlumata görə, səfərdə məqsəd “Sülh quruculuğu və müxtəliflik üçün Mediada körpülərin qurulması və strateji tərəfdaşlıq” mövzusunda yüksək səviyyəli panel müzakirəsində iştirak etməkdir.
KAICIID Beynəlxalq Dialoq Mərkəzinin təşkilatçılığı ilə Media Siyasəti Forumu Layihəsinin mühüm tərkib hissəsi olan tədbir “Səudiyyə Media Forumu” ilə əməkdaşlıq çərçivəsində baş tutur.
Mərkəzin Direktorlar Şurasının üzvü olan A.Paşazadə KAİCİİD rəsmisi olaraq tədbirin dinlərarası və mədəniyyətlərarası dialoqu və anlaşmanı fəal şəkildə təşviq edən, nifrət nitqinin qarşısını alan təşəbbüslərdə öncüllük etmək məqsədini daşıyan panel müzakirəsinin açılışında çıxış edəcək.
Tədbir 19-21 fevral tarixlərində baş tutacaq.