Türkiyənin Antaliya şəhərində 6-cı Etnoidman Forumu başlayıb.
Yerli KİV xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan bildirib ki, ötən il keçirilməsi nəzərdə tutulsa da, 2023-cü il fevralın 6-da baş verən dəhşətli zəlzələlər səbəbilə forum təxirə salınıb.
"Dünyanın hər yerində, ənənələrini yaşayan və yaşadan cəmiyyətlərlə əlaqələrimizi yaxşılaşdırmaq üçün mübarizə aparırıq", - deyə o əlavə edib.
Forumun açılış mərasiminə Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.