Azərbaycan Milli İdman Növləri Assosiasiyası (AMİNA) ilə Dünya Etnosport Konfederasiyası arasında memorandum imzalanıb.
Bu barədə AMİNA-nın prezidenti Kazım Qurbanov məlumat verib.
O bildirib ki, memorandum gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyətinin qatıldığı Türkiyənin Antalya şəhərindəki VI Dünya Etnosport Forumunda imzalanıb: “Hər ölkənin öz milli idman növlərinin qayda-qanunları olduğu halda, festivalda bunların birləşdirilməsi, bir qayda əsasında təşkili irəli sürüldü. Bu da memorandumda təsdiqləndi. Həmin qaydalar ancaq Dünya Etnosport Konfederasiyasına üzv olan ölkələrə şamil edilib”.
Qeyd edək ki, Azərbaycan Milli İdman Növləri Assosiasiyası bu il Dünya Etnosport Konfederasiyasına üzv seçilib.