Ursula fon der Lyayen növbəti dəfə Avropa Komissiyası prezidenti vəzifəsinə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Bu barədə o, Berlində Xristian Demokrat İttifaq Partiyasının idarə heyətinin iclasında məlumat verib.
Ursula fon der Lyayen bildirib ki, 2019-cu ildə ona Avropa Komissiyasının rəhbəri olmaq təklif edildikdə, o, bununla intuitiv olaraq razılaşıb.
"Bu gün isə mən tamamilə şüurlu və düşünülmüş qərar verirəm. İkinci müddətə namizəd olmaq istəyirəm", - deyə əlavə edib.
Qeyd edək ki, Ursula fon der Lyayen 2019-cu ilin iyununda Avropa İttifaqının sammitinin qərarı ilə AK rəhbəri vəzifəsinə təyin edilib. O bu vəzifəni 2019-cu il dekabrın 1-dən icra edir. Avropa Komissiyası rəhbərinin növbəti səlahiyyət müddəti 2024-cü ilin dekabrından 2029-cu ilin noyabrına qədər davam edəcək.