Bakıda Yaponiyanın Milli Gününə həsr olunmuş rəsmi qəbul keçirilib - FOTO

Fevralın 21-də Bakıda Yaponiyanın Milli Günü -  Yaponiya İmperatoru Naruhitonun doğum gününə həsr edilmiş rəsmi qəbul keçirilib.

 

Senzor.az-ın məlumatına görə, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya Azərbaycanın COP29-a ev sahibliyi qərarının bu yeni eranın başlanğıcı kimi böyük əhəmiyyət kəsb etdiyini bildirib.

 

O, yaşıl cəmiyyətin yaradılmasının yaxın illərdə təkcə Azərbaycan üçün deyil, həm də bütün dünya üçün mühüm çağırış olduğunu diqqətə çatdırıb.

 

Yaponiya ilə Azərbaycan arasında möhkəm dostluğun əhəmiyyətindən bəhs edən V.Katsuya ölkələr arasında əlaqələrin inkişafına müxtəlif beynəlxalq səviyyəli tədbirlərin də töhfə verdiyini deyib. Onun sözlərinə görə, bu əvəzsiz münasibətlərin əsası Prezident İlham Əliyev tərəfindən qoyulub. Səfir bildirib ki, İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 illiyini qeyd etdiyi bir vaxtda onun yenidən böyük dəstəklə seçilməsi Azərbaycan üçün yeni eranın başlanğıcını göstərir.

 

Həmçinin qeyd edilib ki, 2025-ci ildə Yaponiyanın Osaka şəhərində “EXPO 2025” sərgisinin mövzusu “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” olacaq. Bu platforma bəşəriyyətin ümumi problemlərinin həlli, dünyanın kollektiv müdrikliyinin, o cümlədən qabaqcıl texnologiyaların toplanması, yeni ideyaların yaradılması və yayılmasının təşviqi üçün mayak rolunu oynayacaq.

 

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov isə Azərbaycan-Yaponiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasın Yaponiyada keçirilməsi ilə bağlı müvafiq işlərin görüldüyünü vurğulayıb. O deyib ki, bu il Azərbaycanın COP29-a ev sahibliyi etməsi, ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının davamıdır.

 

Bərpaolunan enerji sahəsində Yaponiyanın əməkdaşlığının da vacibliyini diqqətə çatdıran nazir müavini əlavə edib ki, dost ölkənin humanitar təşkilatları Azərbaycanda təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sosial sahələrdə müxtəlif layihələrin həyata keçirilməsinə zəmin yaradır.

 

Rəsmi açılışdan sonra tədbir bədii hissə ilə davam edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.