Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada terrorçulara qarşı əməliyyat keçirib.
TRT Haber xəbər verir ki, Suriyanın Kamışlı bölgəsində PKK-YPG-yə qarşı keçirilən əməliyyat nəticəsində terror təşkilatının rəhbər şəxslərindən olan "Renas Amed" ləqəbli Murad Atəş zərərsizləşdirilib.
Murad Atəş təşkilatın Suriya qolunda rəhbər şəxslərdən olub və Türkiyə Silahlı Qüvvələrə qarşı terror aktlarında iştirak edib.