Dünya birjalarında neft ucuzlaşıb.
Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,44 dollar azalaraq 83,23 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,46 dollar azalaraq 78,15 dollar təşkil edib.
Azərbaycan neftinə gəlincə, o bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,52 dollar və ya 0,59 faiz artaraq 88,14 dollar olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.