XII Rusiya-Azərbaycan regionlararası forumu
BİR SIRA SƏNƏDLƏR İMZALANDI

Fevralın 28-də Rusiyanın Stavropol diyarının Mineralnıe Vodı şəhərində 12-ci Rusiya - Azərbaycan Regionlararası Forumu keçirilib.

 

Senzor.az bildirir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Rusiya İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və mətbuat işçiləri iştirak ediblər.

 

Forum çərçivəsində bir sıra ikitərəfli sənədlər (memorandum və investisiya əməkdaşlığı ilə bağlı sazişlər) imzalanıb.

 

İmzalanma mərasimi plenar iclasın yekunları üzrə iki ölkənin baş nazirinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukun iştirakı ilə keçirilib. 

Sənədlər sırasına Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Stavropol diyarının Ticarət və Sənaye Palatası” İttifaqı, “Kavkaz.RF” QSC ilə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Həştərxan vilayəti hökuməti ilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq haqqında” və “Azərbaycan-Rusiya İşgüzar Şurası ilə Stavropol diyarının Ticarət və Sənaye Palataları İttifaqı arasında əməkdaşlıq haqqında” sazişlər, “Tərəvəz məhsullarının istehsalı üçün istixana kompleksinin tikintisi üzrə investisiya layihəsinin həyata keçirilməsi haqqında”, “400 çarpayılıq sanatoriya-mehmanxana kompleksinin yaradılması üzrə investisiya layihəsinin həyata keçirilməsi haqqında”, “Rusel” sanatoriyasının tikintisi üzrə investisiya layihəsinin həyata keçirilməsi haqqında” memorandumlar daxildir. 

Qeyd edək ki, Rusiya və Azərbaycan arasında iki dövlət başçılarının təşəbbüsü ilə təşkil olunan regionlararası forumlar 2009-cu ildən bəri keçirilir. Bu, iki ölkənin regionları arasında yeni əlaqələrin qurulmasına və birgə perspektivli layihələrin müzakirəsinə kömək edir. İlk forum Bakıda keçirilib və müxtəlif illərdə Rusiyanın Həştərxan, Volqoqrad, Yekaterinburq şəhərləri ilə yanaşı, Azərbaycanın Qəbələ şəhəri də tədbirə ev sahibliyi edib. XI forum Bakıda keçirilib. Nəticədə bir sıra ikitərəfli sənədlər imzalanıb. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.