Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə keçirdiyimiz ikitərəfli görüşdə cənubi Qafqazda sülh prosesi də daxil olmaqla, bir çox məsələni müzakirə etdik.
Yerli KİV xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun nəticələrinə dair keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, bu il Antalya Diplomatiya Forumuna 148 ölkədən 4700 nəfər qatılıb. Forumda 19 dövlət və hökumət başçısı, 2 xüsusi administrasiya rəhbəri və 52 xarici işlər naziri iştirak edib.
Diqqətə çatdırılıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan forumda 11 dövlət və hökumət başçısı ilə görüşüb, Hakan Fidan isə 32 həmkarı ilə ikitərəfli görüşlər keçirib.
Vurğulanıb ki, ABŞ-ın Dövlət katibi Antoni Blinkenin dəvəti ilə strateji mexanizm iclasının keçirilməsi üçün Türkiyənin XİN rəhbərinin gələn həftə bu ölkəyə səfəri planlaşdırılır.
Forumda Rusiya-Ukrayna qarşıdurmasına toxunan Hakan Fidan deyib ki, hər iki tərəfin bu münaqişə ilə bağlı yekun nəticəyə gəldiyi görünür. İndi atəşkəslə bağlı müəyyən dialoqa başlamağın vaxtıdır.
Nazir bildirib ki, tədbirdə müxtəlif qitələrdən nümayəndələr fərqli fikir mübadilələri aparıblar. Bəzi beynəlxalq aktorların müxtəlif məsələlərdə ikili standartları və beynəlxalq hüquqa məhəl qoymayan yanaşmalarıpanel iştirakçıları tərəfindən, sözün əsl mənasında, ifşa edilib.