Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi sahəsində birgə istehsalla bağlı müzakirələr aparılıb.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovla Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün arasında Dohada keçirilmiş görüşdə qeyd olunub.
Bildirilib ki, görüşdə iki qardaş ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, birgə istehsalat və yeni layihələr üzərində ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, A.Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti VIII Doha Beynəlxalq Dəniz Müdafiə Sərgisi və Konfransında (DIMDEX 2024) iştirak üçün Qətərdə səfərdədir.