Konqo Respublikası Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi xanım Fransua Coli ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
Bu barədə Senzor.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.