Ermənistanda hökumət binasının qarşısında orta yaşlı kişi özünü yandırmağa cəhd göstərib.
Ermənistan KİV-i xəbər verir ki, o, ətrafa toplaşanlara partlayış olacağı barədə xəbərdarlıq edib.
Daha sonra ölkənin baş naziri Nikol Paşinyan əleyhinə şüarlar səsləndirib: “Ermənistanın gələcəyinə dair proqramı ermənilər iştirak etmədən bir nəfər - Paşinyan reallaşdırır”.
Lakin polis onun özünü yandırmasına imkan verməyib, maşına oturdaraq ərazidən uzaqlaşdırıblar.