Ankara Ukraynada müharibənin tezliklə başa çatmasını istəyir - HAKAN FİDAN
YENİLƏNİB

Ankara Ukraynadakı müharibənin tezliklə dayandırılmasının tərəfdarıdır.


Yerli KİV xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.


Onun sözlərinə görə, hazırda nə Moskva, nə də Kiyev danışıqlar prosesini dərhal bərpa etmək mövqeyindədir. “Türkiyəyə gəlincə, biz Ukrayna ilə bağlı dialoq platformasının formalaşdırılmasının zəruriliyi qənaətindəyik. Fikrimizcə, daha böyük risklərin qarşısını almaq üçün müharibəni dayandırmaq və danışıqlara başlamaq lazımdır”, - deyə Türkiyə diplomatiyasının rəhbəri bildirib.


Fidan vurğulayıb ki, Avropanın tam mərkəzindəki müharibə bütün region üçün təhlükə yaradır. Nazir əlavə edib: “Ukraynadakı vəziyyət Qara dəniz regionu üçün çoxsaylı təhdidlərlə bağlıdır və ərzaq təhlükəsizliyinə təsir göstərir”.


Türkiyə diplomatiyasının rəhbəri daha sonra diqqəti öz ölkəsinin milli təhlükəsizliyinə təhdidlərə çəkib. O qeyd edib: “Ankaranın terror təhdidlərinin qarşısının alınması ilə bağlı bütün hərəkətləri beynəlxalq hüquqa əsaslanan qanuni fəaliyyətə əsaslanır”.


Eyni zamanda, türkiyəli nazir ABŞ-ın PKK terror təşkilatının Suriya qanadı YPG ilə əməkdaşlığını Türkiyə üçün təhlükə adlandırıb. “Bu gün Vaşinqton təkcə YPG-ni silahla təmin etmir, həm də yaraqlılara təlim keçir ki, bu da ölkəmiz üçün real təhlükə mənbəyidir. Türkiyə həm öz sərhədlərində, həm də onun hüdudlarından kənarda təhlükələri aradan qaldırmaq üçün bütün addımları atmağa davam etməkdə qərarlıdır. Heç kim Ankaranın mövqeyinə təsir edə bilməz”, - deyə Fidan vurğulayıb.


Türkiyənin xarici işlər naziri ABŞ-ın Suriya ilə bağlı mövqeyini “Ankara ilə Vaşinqton arasında əməkdaşlığa ən böyük əngəl” adlandırıb.

**10:25

"F-16" qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb.


Bu barədə ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda türkiyəli jurnalistlərlə görüşündə deyib.


O bildirib ki, ABŞ hakimiyyəti bu məsələ ilə bağlı iradə ortaya qoyub: “Konqres bu məsələ ilə bağlı məlumatlandırılıb. Texniki məsələlərin həllindən sonra müdafiə nazirləri və aidiyyəti qurumlar gələcək məsələlərin müzakirəsini davam etdirəcək”.


H.Fidan, həmçinin söyləyib ki, F-35 qırıcıları ilə də bağlı proses davam edir.


Türkiyəli nazir ABŞ-la münasibətlərdə müsbət dinamikanın olduğunu da diqqətə çatdırıb: “Türkiyə-ABŞ münasibətləri problemləri həll etməyə imkan verir”.


O, həmçinin qeyd edib ki, ikitərəfli ticarət dövriyyəsinin 30 milyard dollardan 100 milyard dollara qaldırılması ilə bağlı perspektiv var: “Qarşıya çıxan fürsətləri qiymətləndirməliyik. Bu, diplomatik həmlələr, cəhdlər tələb edir”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.