Omanın “SalamAir” şirkəti yay mövsümü üçün Bakıya və Qazaxıstanın Almatı şəhərinə reysləri bərpa edir.
Senzor.az xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.
Bildirilib ki, ötən il Bakı və Almatıya aviareyslər müvafiq olaraq 85 % və 87 % doluluqla həyata keçirilib. Bunu nəzərə alaraq “SalamAir” iyunun 16-da Bakıya, iyunun 18-də isə Almatıya həftədə iki dəfə olmaqla uçuşlara başlayacaq.
Ötən ay Bakıya 13-ü aşağı büdcəli (loukoster) olmaqla, 33 aviaşirkət 3 853 reys həyata keçirib.