Erməni sərhədçiləri Zvartnots hava limanında müstəqil xidmətə başlayacaq - AVQUSTUN 1-DƏN
YENİLƏNİB

Erməni sərhədçiləri Rusiya tərəfinə avqustun 1-dən etibarən Zvartnots hava limanında müstəqil xidmətə başlayacaqlar.


Bunu mətbuat üçün brifinq keçirən Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

**

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması məsələsinə toxunub.


Yerli KİV xəbər verir ki, Paşinyanın sözlərinə görə, Ermənistan Sərhəd Xidməti böyük təcrübə toplayıb və paytaxt İrəvanın “Zvartnots” hava limanında müstəqil şəkildə nəzarəti həyata keçirə bilir.


“Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan bu məsələni necə səsləndirib bilmirəm, lakin bizim müvafiq qurumlarımız Rusiyaya rəsmi məktub göndərərək, dəstək olduqlarına görə onlara minnətdarlıqlarını bildiriblər”, - Paşinyan qeyd edib.


Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 6 mart tarixində jurnalistlərə açıqlama verərək bildirib ki, Ermənistan tərəfi “Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb.


Qriqoryanın sözlərinə görə, “Zvarnots” hava limanında rus sərhədçilərin ermənistanlı hərbçilərlə əvəz edilməsi üçün bütün imkanlar var və hakimiyyətin mövqeyi ondan ibarətdir ki, hava limanında Ermənistan Sərhəd Xidməti fəaliyyət göstərməlidir.

**14:10

Rusiya Ermənistandan sərhədçilərinin İrəvan hava limanında işini dayandırması barədə bildiriş alıb.


Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov brifinqdə bildirib.


“Moskva İrəvandan Rusiya sərhədçilərinin "Zvartnots" hava limanında işini dayandırması barədə rəsmi bildirişi alıb”, - Kreml nümayəndəsi söyləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.