Almaniya Kansleri Olaf Şolts koronavirusa yoluxub və özünü təcrid edib. Onda yüngül soyuqlama əlamətlər var.
Bu barədə DPA agentliyi Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Hebeştreytə istinadən məlumat yayıb.
Şolts cari həftə üçün bütün tədbirlərdə iştirakını ləğv edib.
Xatırladaq ki, Kansler bazar günü Fars Körfəzi ölkələrinə səfərdən qayıdıb. O, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində olub, Almaniyaya qaz tədarükünün təmin edilməsi barədə danışıqlar aparıb.