
Abşeron rayonunda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Abşeron rayonu ərazisində yerləşən 4 yarımtikilidən 2000 manat dəyərində elektrik naqili, məişət əşyaları, 1 avtomobildən isə səsgücləndirici və digər avadanlıqlar oğurlanıb.
"Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı C.Abbasov saxlanılıb. Araşdırmalarla onun oğurladığı avadanlıqları satdığı müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır", - deyə məlumatda qeyd olunub.