![]()
Polşanın paytaxtı Varşavada Ordu Günü münasibətilə ölkə tarixinin ən böyük paradı keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, tədbirə 1 800-ə yaxın hərbi qulluqçu, 300-dən çox yerüstü texnika və 60 uçuş aparatı, o cümlədən Polşa ordusunun silahlanmasına daxil olan ilk "F-35" qırıcısı cəlb olunub.
Paradda ABŞ, Kanada, Avstraliya, Litva, Rumıniya, İsveç, Estoniya və digər ölkələrin hərbi qulluqçuları da iştirak ediblər.
Müttəfiqlər arasında ən böyük kontingenti Fransa hərbçiləri, o cümlədən bu ölkənin Xarici Legion bölməsi təmsil edib.(Bax: https://www.youtube.com/shorts/YCnWWAVczsY; https://www.youtube.com/shorts/SRZ4PrkrDPw)