Türkiyədə 5 bal gücündə zəlzələ: dağıntılar və xəsarət alan var
YENİLƏNİB, FOTO


Türkiyənin Ərdahan əyalətinin Gölə rayonunda qeydə alınmış 5 bal gücündə zəlzələ dağıntılara səbəb olub.

 

“Anadolu”nun məlumatına görə, zəlzələ zamanı Kiçik Altunbulak kəndində 8 ev və ətraf kəndlərdə bəzi tikililərin divarları uçub. Kənddə 1 nəfərin üzərinə daş parçaları düşüb. Yaralı təcili yardım maşınıyla xəstəxanaya aparılıb.

 

Kəndin bəzi yerlərində qaya parçaları zəlzələnin təsirindən yola dağılıb.

 

Bundan başqa, bir neçə kənddə tövlələr dağılıb.

 

“Report” xatırladır ki, digər informasiya agentlikləri yeraltı təkanların 6,8 bal gücündə qeydə alındığını, zəlzələ ocağının 7 kilometr dərinlikdə yerləşdiyini bildiriblər.

 

Zəlzələ Ərdahan şəhərinin mərkəzində, Şenkaya rayonunda, Qarsda da hiss olunub.

**19:38


Türkiyənin Ardahan vilayətində 5 bal gücündə zəlzələ olub.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) məlumat verilib.

 

Məlumata əsasən, yeraltı təkanların episentri Ardahanın Göle rayonudur. Yerli vaxtla 17:08-də baş verən zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində olub.

 

Yeraltı təkanların yarada biləcəyi fəsadlarla bağlı açıqlama verilməyib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.