ABŞ hakimiyyəti yaxın vaxtlarda Ukraynaya 1,1 milyard dollarlıq yeni hərbi yardım paketini elan etməyə hazırlaşır.
Məlumatı "Reuters" ABŞ rəsmisinə istinadən yayıb.
Kiyevə hansı silahların göndəriləcəyi hələ dəqiqləşdirilməyib.
“Blumberq”in məlumatına görə isə vəsait Ukraynanın təhlükəsizliyinin təşviqi təşəbbüsü çərçivəsində veriləcək. Onlar Kiyevə amerikalı müdafiə podratçılarından silah və hərbi texnika almağa imkan verəcək.