ABŞ Ermənistan şirkətinə sanksiya tətbiq etdi
RUSİYAYA DƏSTƏK VERDİYİNƏ GÖRƏ

ABŞ Rusiya ordusuna dəstək verdiyi üçün Ermənistan və Çindən olan şirkətlərə sanksiya tətbiq edib.

 

NTV bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

Məlumatda qeyd olunur ki, Rusiyanın “Radioavtomatika” kompaniyasının Çin Xalq Respublikasından olan təchizatçısı “Sinno Electronics Co. Limited” və Ermənistandan olan təchizatçısı “Taco LLC” sanksiya tətbiq olunan şirkətlər siyahısına daxil edilib.

 

Qeyd edək ki, bir neçə saat əvvəl Kremldə Ukraynanın dörd bölgəsinin Rusiyaya birləşdirilməsi ilə bağlı sənədlərin imzalanması mərasimi keçirilib.

 

Daha sonra Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin qondarma nümayəndələri müvafiq sənədlərin altına öz imzalarını atıblar.

 

Bu hadisədən dərhal sonra ABŞ, Böyük Britaniya, Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.