İndoneziya stadionundakı iğtişaşda ölənlərin sayı 174-ə çatıb
YENİLƏNİB, VİDEO


İndoneziyanın Malanq şəhərində futbol matçında uduzan komandanın fanatlarının izdihamı və polisin kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində baş verən qarışıqlıqda ölənlərin sayı 174-ə yüksəlib.

 

Bu barədə vilayətin qubernator müavini Əmir Dardak məlumat verib.

 

Bildirilib ki, eyni zamanda iğtişaşlarda 100-dən çox insan isə yaralanıb.

 

**09:42


İndoneziyanın Malanq şəhər stadionunda “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyundan sonra qarışıqlıq yaranıb.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu qarışıqlıq çox kemədən iğtişaşa çevrilib və nəticədə azı 127 nəfər ölüb.

 

Onların bir çoxu yolda və müalicə zamanı dünyasını dəyişib. Ölənlər arasında iki polis əməkdaşı da var.

 

Qeyd olunub ki, çaxnaşma və izdihama səbəb polis əməkdaşlarının fanatlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi olub.

 

O da vurğulanıb ki, Kanjuruhan stadionunda baş verən iğtişaşlarda həm də 180 nəfər yaralanıb. Onlar xəstəxanalara yerləşdiriliblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.