ABŞ-ın sabiq Prezidenti Cimmi Karterin 98 yaşı tamam oldu

ABŞ-ın sabiq Prezidenti Cimmi Karter şənbə günü 98 yaşını qeyd edib.


Karetin kitabxanası isə ABŞ vətəndaşı olacaq 98 nəfərin təbəəliyə götürülməsi  mərasimini planlaşdırıb. Ağ Evin sabiq başçısı adətən bu tədbirdə çıxış edir.

 

Karter Mərkəzi, həmçinin siyasətçinin ad günü münasibətilə təbrik və şəkillərin göndərilməsinin mümkünlüyünü elan edib.

 

“Cimmi Karter ABŞ tarixində ən uzunömürlü Prezident kimi xidməti dövründə ümumxalq hörmətinə layiq gözəl həyat sürüb”, - deyə Karter Mərkəzinin baş direktoru Peyc Aleksander bildirib. Digər sabiq prezidentlər Karteri ad günü münasibətilə təbrik edib və onun dövlət xidmətini yüksək dəyərləndiriblər. 

 

Karter ABŞ-ın 39-cu Prezidentidir. O, ABŞ Demokratlar Partiyasının üzvü olub, 1977-1981-ci illərdə Ağ Evin rəhbəri kimi fəaliyyət göstərib.

 

AZƏRTAC xatırladır ki, Karter daha çox İsrail ilə Misir arasında sülhün bərqərar olmasında özünün vasitəçi rolu ilə tanınıb. 1978-ci ildə Kemp-Deviddə onun sədrliyi ilə keçirilən görüşdə Misir Prezidenti Ənvər Sadat və İsrail Baş naziri Menahem Begin sülh, qarşılıqlı tanınma və Sinay yarımadasının Misirə verilməsi barədə razılaşıblar. Bu hadisə dörd İsrail-Misir müharibəsi seriyasına son qoyub. Cimmi Karter 2002-ci ildə Nobel sülh mükafatının laureatı olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.