ABŞ Prezidenti Cozef Bayden yeni qanun imzalayıb.
Yerli KİV Ağ Evin mətbuat xidmətinə istinadən bildirir ki, qanuna əsasən, Rusiya və Belarusa onların sərəncamlarında olan Beynəlxalq Valyuta Fondunun (BVF) vəsaitləri müqabilində dollar verilməsi qadağan edilib.
ABŞ maliyyə nazirinə göstəriş verilib ki, Rusiya və ya Belarusa məxsus xüsusi borcalma hüquqlarının mübadiləsi ilə bağlı əməliyyatların həyata keçirilməsi qadağandır.