Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili məhkəmə iclası zamanı huşunu itirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə onun vəkili Massimo Danqelo məlumat yayıb.
O qeyd edib ki, Saakaşvili yüksək təzyiq nəticəsində huşunu itirib: “Bu gün bizə məlum oldu ki, prezident Saakaşvili dünən prokurorluğun nümayəndələri onun otağına soxularaq məhkəməni təşkil etməyə cəhd etdikdən sonra yüksək təzyiq nəticəsində huşunu itirib”
Vəkilin sözlərinə görə, Saakaşvili nevroloq tərəfindən yoxlanılıb və həkim çox kədərli, narahatedici mənzərə ilə rastlaşıb: “Əlbəttə, hələlik detallar barədə danışa bilmərik, lakin hazırda qeyd edə bilərik ki, cənab Saakaşvilinin səhhəti xeyli pisləşib”
Qeyd edək ki, Saakaşvilinin məhkəməsi oktyabrın 4-də xəstəxanada keçirilib. Növbəti məhkəmə prosesi oktyabrın 19-na təyin edilib.