Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çexiyanın paytaxtı Praqaya səfəri başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, bu gün Praqada Avropa Siyasi Birliyi liderlərinin sammiti keçiriləcək. Zirvə görüşü çərçivəsində Ərdoğanın Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü gözlənilir.