ABŞ Prezidenti Co Bayden bildirib ki, nüvə silahından istifadə bütün dünya üçün “Armageddon”la bitə bilər.
TASS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Baydenin sözlərinə görə, dünya 1962-ci ildə Karib böhranından sonra ilk dəfədir ki, nüvə silahının istifadəsi ilə bağlı birbaşa təhlükə ilə üzləşir. O qeyd edib ki, vəziyyət hazırda getdiyi istiqamətdə inkişaf edərsə, bu, həqiqətən də, mümkündür.
ABŞ lideri deyib ki, o, rusiyalı həmkarı Vladimir Putini “yaxşı tanıyır”. Buna görə də Putin “taktiki nüvə, bioloji və ya kimyəvi silahların potensial istifadəsi haqqında danışarkən zarafat etmir”.