Türkiyə Şimali Kiprə PUA və zərbə dronları yerləşdirib – ƏRDOĞANDAN XƏBƏRDARLIQ

 

“İlk işimiz Şimali Kiprə PUA və zərbə dronları (Unmanned combat aerial vehicle/UAV) yerləşdirmək oldu”.

 

TRT Avaz bildirir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistin Şimali Kiprdə Türkiyə bazası üçün hər hansı hazırlığın gedib-getmədiyi ilə bağlı sualını cavablandırarkən deyib.

 

“Hazırda bizim PUA və zərbə dronlarımız oradadır və qeyd etdiyiniz yerlə bağlı mövzuda yenə də oxşar şeylər ola bilər. Bunun olması da düzgündür. Çünki Şimali Kipri dörd bir tərəfdən, hərtərəfli qorumalıyıq.

 

Olsa da, olmasa da, onsuz da, hazırda bizim öz sərhədimizdən təyyarələrimiz havaya qalxan kimi Şimali Kiprdə olur. Orada da hansısa problem yoxdur. Bu axşam Anastasiades (Kipr Prezidenti Nikos Anastasiades - red.) dedi ki, gəlin görüşək, danışaq və s. Bir nəfər vasitəçini də gətirdi.

 

Dedim ki, “Sən, onsuz da gedirsən”. İki aydan sonra gedir. Dedim ki, “Belə bir vaxtda bu barədə danışmaq olmaz”. Həm də dedim ki, siz həmişə haradansa təlimat alırsınız. Bu təlimatlarla, onsuz da, bu işlərin davam etməsi mümkün deyil”.

 

Türkiyə lideri onu da bildirib ki, yunanların kəndiri ilə quyuya enmək olmaz: “Əks halda quyuda qalarsınız”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.