Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə ad günü münasibətilə “Belarus” traktoru hədiyyə edib.
Lenta.ru bildirir ki, yubiley hədiyyəsi barədə jurnalistlərə Lukaşenko özü danışıb.
“Özüm işlətdiyim traktordandır - “Belarus”dur. Ən yaxşısıdır. Əl işidir”, - deyə o qeyd edib.
“Bütün qoşquları ilə?” - deyə jurnalistlərdən biri müxtəlif əlavələri olan maşınla maraqlanıb.
“Qoşqular, bilirsiniz, milyonlarladır. Buna görə də seçimdən asılıdır. Amma mən ona bir qoşqu təklif edəcəyəm – toxumsəpən. Taxıl əkəcəyik. Başqa bir şey də ola bilər. Bu traktor universaldır”, - deyə Lukaşenko bildirib.
Qeyd edək ki, bu gün Rusiya lideri Vladimir Putinin 70 yaşı tamam olur.