Fransa Xarici İşlər Nazirliyi (XİN) İranda olan vətəndaşlarına bu ölkəni mümkün qədər tez tərk etməyi tövsiyə edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Fransa XİN-in saytında məlumat verilib.
Bildirilib ki, İranda olan Fransa vətəndaşlarının həbs və ədalətsiz mühakimə olunmaq təhlükəsi var.
“Bu kontekstdə Fransanın Tehrandakı səfirliyinin İranda saxlanılan və ya həbs edilən vətəndaşlara konsulluq mühafizəsi təmin etmək imkanları çox məhduddur”, - deyə məlumatda vurğulanıb.