Əbdüllətif Rəşid İraqın Prezidenti seçildi və...
MƏHƏMMƏD əl-SUDANİNİ BAŞ NAZİR TƏYİN ETDİ

İraqın Nümayəndələr Şurası (parlament) cümə axşamı Əbdüllətif Rəşidi ölkənin yeni prezidenti seçib.

 

TASS xəbər verir ki, gizli səsvermənin ikinci turunda o, İraqın hazırkı Prezidenti olan rəqibi Bərham Salehdən daha çox səs toplayıb.

 

Saleh səsvermənin yekun nəticələrini gözləmədən parlament binasını tərk edib.

 

Parlamentin hesablama komissiyasının məlumatına görə, Rəşidə 162, Salehə 99 səs verilib, 8 bülleten etibarsız sayılıb. Bununla da, səsvermənin ikinci turunda səs çoxluğunu qazanaraq, 2003-2011-ci illərdə su ehtiyatları naziri vəzifəsində çalışmış Rəşid İraq Respublikasının onuncu Prezidenti olub.

 

Yeni Prezident Məhəmməd əl-Sudanini ölkə hökumətinin başçısı təyin edib. O, ölkə parlamentində ən böyük siyasi blokun nümayəndəsi kimi yeni hökumətin formalaşdırılmasını məhz Əl-Sudaniyə tapşırıb.

 

Qeyd edək ki, İraq konstitusiyasına görə, dövlət başçısı ölkənin kürd icmasını, baş nazir şiə müsəlmanları, parlament rəhbəri isə sünni müsəlman icmasını təmsil etməlidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.