Almaniyada naziri qaçırmaq istəyən qruplaşmanın lideri saxlanıldı - QADINDIR

Almaniyada hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçu qruplaşmanın rəhbərini saxlayıblar.

 

Gazeta.ru bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

 

“Bu gün (13 oktyabr 2022-ci il-red.) Almaniya Baş Prokurorluğunun həbs qərarı əsasında... Almaniya vətəndaşı Elizabet R. saxlanılıb”, - deyə məlumatda qeyd edilib.

 

Qurumdan bildirilib ki, almaniyalı qadın Saksoniya polisinin köməkliyi ilə Reynland-Pfals dövlət kriminal polis idarəsinin əməkdaşları tərəfindən Mərkəzi Saksoniya rayonunda saxlanılıb.

 

Mövcud məlumatlara görə, Almaniya vətəndaşı federal hökuməti devirməyi, həmçinin Almaniya Səhiyyə Nazirliyinin rəhbərini qaçırmağı planlaşdıran, hətta zərurət yaranarsa nazirin  mühafizəçilərini öldürməyi nəzərdə tutan terror təşkilatının rəhbəri olmaqda şübhəli bilinir.

 

Qeyd olunur ki, şübhəli şəxs həmfikirlərini öz sıralarına cəlb edib, həmçinin qruplaşma üçün silah və partlayıcı maddələr əldə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.