Rusiyadan dəyəri 10 min dollardan çox olan xarici valyutanın çıxarılmasına qoyulan qadağa ləğv edilir.
Senzor.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.
Qeyd edək ki, bu il martın əvvəlində Rusiyadan dəyəri 10 min dollardan çox xarici valyutanın çıxarılması qadağan edilib. Vladimir Putinin bu gün imzaladığı fərmanla Rusiya Mərkəzi Bankına dəyəri 10 min dollardan çox olan xarici valyutanın ölkədən çıxarılmasına icazə vermək səlahiyyəti verilib.