Çin heç vaxt hegemon kimi çıxış etməyəcək və sərhədlərini genişləndirməyəcək.
CNBC-nin məlumatına görə, bunu Çin Kommunist Partiyasının 20-ci Qurultayının açılış mərasimində Çin sədri Si Cinpin deyib.
Çin Xalq Respublikasının sədri ölkəsinin Tayvanla sülh yolu ilə birləşməyə çalışacağını da bəyan edib.
“Biz səmimiyyətlə və bütün gücümüzlə sülh yolu ilə birləşmə perspektivində israr edirik, lakin güc tətbiqindən imtina etməyə heç vaxt söz verməyəcəyik”, - Si Cinpin vurğulayıb.
O, həmçinin qeyd edib ki, Çinin tədbirləri tayvanlıların əksəriyyətini hədəf almayacaq.
Dövlət başçısı onu da bildirib ki, Çin xarici qüvvələrin Tayvan adasının müstəqilliyinə yönəlmiş separatçı hərəkətləri və təxribatlarına qarşı indiyədək müqavimət göstərmək əzmini nümayiş etdirib və bundan sonra da etdirəcək.