Türkmənistanda prezident seçkilərinə start verildi - BERDIMƏHƏMMƏDOVUN OĞLU NAMİZƏD OLACAQ
FOTO
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar Berdıməhəmmədov ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürüb.
 
Senzor.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.
 
Xatırladaq ki, fevralın 14-dən Türkmənistanda prezident seçkiləri ilə bağlı kampaniyaya start verilib.
 
Türkmənistanın Seçki Məcəlləsinə uyğun olaraq, namizəd irəli sürmək hüququ seçkilərin təyin edildiyi günə qədər qeydə alınmış siyasi partiyalara, habelə vətəndaş qruplarına məxsusdur.
 
Siyasi partiyalar öz qurultaylarında prezidentliyə namizədlər irəli sürməlidirlər.
 
Türkmənistanda üç siyasi partiya var - Türkmənistan Demokratik Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası. Türkmənistan prezidentliyinə namizəd bir qrup vətəndaş tərəfindən irəli sürüldükdə, o, ən azı 10 min seçici imzası ilə dəstəklənməlidir. 
Bu ölkədə anadan olmuş, yaşı 40-dan aşağı olmayan, dövlət dilini bilən, son on beş ildə ölkədə daimi yaşayan və işləyən vətəndaşı Türkmənistanın prezidenti seçilə bilər. Türkmənistan prezidenti birbaşa xalq tərəfindən yeddi il müddətinə seçilir və and içdiyi andan səlahiyyətlərinin icrasına başlayır.
 
Türkmənistanda sonuncu dəfə prezident seçkiləri 2017-ci ildə keçirilib.
 
Onu da xatırladaq ki, Türkmənistan Prezidenti, parlamentin yuxarı palatasının (Halk Maslahatı) sədri Qurbanqulu Berdiməhəmmədov ötən cümə günü bildirmişdi ki, gənc liderlər üçün dövlət idarəçiliyinə yolların açılmasının zəruriliyi fikrini dəstəkləyir. Bundan sonra parlamentin aşağı palatası (Məclis) Türkmənistanda prezident seçkilərinin 2022-ci il martın 12-nə təyin olunması haqqında qərar qəbul edib.
İndi məlum olur ki, Prezident “gənc liderlər üçün dövlət idarəçiliyinə yolların açılmasının zəruriliyi fikrini dəstəkləyir” deyərkən nəyi və kimi nəzərdə tuturmuş...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.