
İrandakı Fars körfəzi Su Yolu İdarəetmə Qurumu ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı iddiasına cavab verib.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, qurumun yaydığı açıqlamada ABŞ rəsmilərinin Hörmüz boğazında İran blokadasının aradan qaldırıldığı barədə ardıcıl bəyanatları və sosial şəbəkə paylaşımlarının reallığı dəyişmədiyi bildirilib.
“Hörmüz boğazı hələ də bağlıdır və İranın şərtləri qəbul edilənə qədər yenidən açılmayacaq”, - deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dünən sosial şəbəkədəki paylaşımında ölkəsinin Hörmüz boğazı üzərində “tam nəzarətə” malik olduğunu bəyan etmişdi.