
Türkiyənin Muğla vilayətində gəzinti gəmisində yanğın baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aralarında uşaqların da olduğu 115 sərnişin təxliyə edilib.
Gəmi tamamilə yanıb.
İlkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb.
Yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb.