
Rusiya və Ukrayna həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsini həyata keçiriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Dövlət Dumasının deputatı Şamsail Saraliyev məlumat verib.
Onun sözlərinə görə, Rusiya tərəfi Ukraynaya 261 meyit, Ukrayna tərəfi isə Rusiyaya 24 meyit təhvil verib.
Xatırladaq ki, bundan əvvəlki mübadilə iyulun 16-da reallaşmışdı. Saraliyevin məlumatına görə, o zaman Rusiya tərəfinə 31, Ukrayna tərəfinə isə 501 meyit təhvil verilmişdi.