Türkiyədə meşə yanğını yaşayış yerlərinə yaxınlaşıb... SAKİNLƏR TƏXLİYƏ EDİLİB
VİDEO

Türkiyənin Balıkesir vilayətinin Edremit rayonunun ərazisində yerləşən Kaz Dağlarının ətəklərində meşə yanğını başlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, alov yaşayış məntəqələrinə qədər yaxınlaşıb.

 

Hazırda bölgəyə çoxsayda yanğınsöndürmə briqadaları səfərbər olunub, onlar alovu lokallaşdırmağa çalışırlar. Yanğın ocağından qalxan qatı tüstü Edremit körfəzinin bir çox nöqtəsindən görünür.

 

Məlumata görə, yanğın saat 14:00 radələrində Fatih məhəlləsində dağın ətəyində meydana gəlib. Sürəti saatda 65-70 kilometrə çatan külək alovun daha sürətlə yayılmasına təsir edib.

 

Alova havadan 9 təyyarə və 6 helikopterlə müdaxilə edilir. Bölgəyə həmçinin 11 yanğınsöndürən maşın və 5 su tankeri göndərilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.