Bakının Xəzər rayonunda ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m² sahədə yanıb. Senzor.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.