Bakıda 25 yaşlı oğlan balta ilə valideynlərini, qardaşını, bacısını və onun 5 yaşlı qızını qətlə yetirdi - ANASI MƏKTƏB DİREKTORU İMİŞ...
YENİLƏNİB, FOTO

Bakıda üç ailə üzvünü qətlə yetirməkdə şübhəli bilinən şəxsin adı daha iki qətldə hallanır.

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

"Davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib", - DİN-in məlumatında vurğulanıb. 

Bu arada qətlə yetirilən Mehman Əhmədovun əmisi Simnar Əhmədov jurnalistlərə bildirib ki, Əhməd Əhmədov ailədən ayrı yaşayıb: "Oğlanın psixoloji problemi var idi. Dəfələrlə demişdik ki, xəstəxanaya yerləşdirin. Anası məktəb direktoru idi. Ailədaxili problem yox idi. Mehriban ailə idilər. Atası ona ayrı ev almışdı. Mehman biznesmen, Əhməd isə idmançı idi".


**18:24


Baş Prokurorluq Xətai rayonunda bir ailənin üç üzvünün öldürülməsi ilə bağlı məlumat yayıb.


Senzor.az Baş Prokurorluğa istinadən xəbər verir ki, qətl hadisəsi mübahisə zəminində baş verib.


Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

**17:44


Bakıda oğlu tərəfindən qətlə yetirilən qadın məktəb direktoru olub.


Senzor.az xəbər verir ki, qətlə yetirilən Bikə Əhmədova Xətai rayonu 59 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Hadisə ailənin Xətai rayonu, General Şıxlinski küçəsi 29 ünvanında olan evlərində qeydə alınıb. Ailədə olan münaqişənin qətllə nəticələndiyi bildirilir.


Ailənin böyük oğlu, 1999-cu il təvəllüdü Əhməd Əhmədov balta ilə anası Bikə Əhmədovanı, atası Mehman Əhmədovu və 2015-ci il təvəllüdlü Məhəmməd Məmmədovu qətlə yetirib.


Hadisə barədə polisə qonşular məlumat veriblər.


Hazırda hadisə yerinə hüqüq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, istintaq hərəkətləri aparılır.


**


Fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.


Bu barədə Senzor.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Xəbərə görə, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.


Araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.