İranın Borucen şəhərində magistral qaz kəmərində partlayış baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə şəhərin bələdiyyə başçısı Fəttah Kərmi məlumat verib.
Qeyd olunub ki, kəmərin bu hissəsində qaz təchizatı dayandırılıb. Hadisə yerində xilasetmə və yanğınsöndürmə briqadaları işləyir.
“Nə qədər ki, borularda qaz qalıb, yanacaq”, - deyə Fəttah Kərmi əlavə edib.
Onun sözlərinə görə, ölən və yaralanan olmayıb, həmçinin qaz xəttinin yaxınlığından keçən yoldan keçən avtomobillərə heç bir ziyan dəyməyib.