Panamanın şimal-şərq sahillərində əlverişsiz hava şəraiti səbəbindən qayığın batması nəticəsində dörd miqrant ölüb, daha yeddi nəfər isə itkin düşüb.
Yerli KİV xəbər verir ki, Kolumbiyadan yola çıxan qayıq Panamanın Guna-Yala əyaləti yaxınlığında çevrilib. Ölkənin Milli Sərhəd Xidməti qayıqdakı 14 nəfərin xilas edildiyini bildirib. Miqrantların cinayətkar dəstələr tərəfindən daşındığı ehtimal olunur.
Panama Milli Miqrasiya Xidmətinin məlumatına görə, 2009-2022-ci illərdə Kolumbiyadan Panamaya 500 minə yaxın, 2023-cü ildə isə 520 mindən çox miqrant gəlib.