Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.
”Report”un məlumatına görə, hadisə Şilyan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini - 42 yaşlı Elxan Vəkilxan oğlu Abuşov hələlik kimliyi bilinməyən şəxs və ya şəxslərlə mübahisə zamanı bıçaq xəsarəti alıb.
Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.