Rusiyada sərnişin təyyarəsinin sərt eniş etməsi və parçalanması nəticəsində 4 nəfər həlak olub.
Bu barədə "RİA Novosti" xəbər yayıb.
Məlumata görə, qəza zamanı daha 5 nəfər müxtəlif xəsarətlər alıb. Hadisə yerinə xilasedicilər cəlb edilib və təxliyə işlərinə başlanılıb.
Faktla bağlı cinayət işi qaldırılıb.
**20:24
Rusiyada göyərtəsində 16 nəfərin olduğu L-410 sərnişin təyyarəsi sərt eniş edib.
“Report” xəbər verir ki, hadisə İrkutsk vilayətində baş verib.
Kazaçinsk yaşayış məntəqəsində 14 sərnişinin və 2 heyət üzvünün olduğu təyyarənin sərt eniş etməsi nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. İlkin məlumata görə, təyyarə eniş zamanı parçalanıb. Bir neçə nəfər salondan çıxmağa müvəffəq olub.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, hadisənin təfərrüatları araşdırılır. Əraziyə xilasedicilər cəlb edilib.